Salyanda ağır yol qəzası olub.

"Unikal" xəbər verir ki, rayonun Seyidsadıqlı kəndi ərazisində avtomobil su kanalına aşıb.

Salyan rayonunun Sarvan kənd sakini, 36 yaşlı İsmayılov Vasif Ağahüseyn oğlunun idarə etdiyi “VAZ-2101” markalı minik avtomobilin yolun kənarındakı su kanalına düşməsi nəticəsində sürücü suda boğularaq ölüb.