Zaqatala şəhərində ümumi sahəsi 90 kv.m olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 60 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, sexin qalan hissəsi və içərisində təmirə dayanan minik avtomobili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.