"Arvadın əlindən qaçmışam. Mərdəkanda qalıram. Evdə tək qalıram".
"Unikal" xəbər verir ki, bu sözləri müğənni Əli Mirəliyev "Üzbəüz" proqramında deyib. O, ailəsindən ayrı yaşadığını bildirib.
"Qonşularıma hörmət edirəm, onlar da mənə. Ağsaqqal kimi hörmət edir. Elə bir yerdə böyümüşəm ki, böyük-kiçik görmüşəm. İndikilər eyni blokda yaşayır, bir-birini tanımırlar. Paltarımı özüm yuyub, ütüləmişəm. Arvadıma əziyyət verməmişəm, atam dərzilik öyrədib. Bircə yemək bişirə bilmirəm. Təkcə yumurta edə bilirəm".