“Gallup” Beynəlxalq Assosiasiyasının Ermənistan ofisinin direktoru Aram Navasardyan vətəndaşlar arasında noyabr ayında keçirilən sorğunun yekun nəticəsini açıqlayıb.
"Unikal" xəbər verir ki, o, bu barədə məlumatı mətbuat konfransında verib. Aram Navasardyanın sözlərinə görə, respondentlərin 60,5%-i hökumətin işini bəyənməyib, yalnız 23%-i müsbət rəy verib.
Baş nazir Nikol Paşinyanın da işi bəyənilməyənlər sırasındadır. Belə ki, 49,4% əhali Paşinyanın işini mənfi qiymətləndirib. 60% əhali isə Ermənistanın prezidenti Armen Sarkisyanın fəaliyyətini bəyənmədiyini bildirib.
Gülayə Mecid