Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 195 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 19 696 nəfər COVID-19 infeksiyasına yoluxub, 27 263 nəfər isə sağalıb.