Türkiyəli tanınmış şoumen Mehmet Ali Ərbil pərəstişkarının hücumuna məruz qalıb.
"Unikal" xəbər verir ki, uzun müddətdir səhhətində yaranan problemlərə görə, efirlərə çıxmayan Mehmet getdiyi restoranların birində xoşagəlməz hadisə qarşılandığını ifadə edib. Belə ki, amerikalı şəxs Mehmete yaxınlaşaraq, onu çox sevdiyini dilə gətirib. Daha sonra amerikalı masanın üzərinə çıxaraq, yüksək səslə qışqırmağa başlayıb. O, stullardan birini götürüb və şoumenin üzərinə gedib. Ətrafdakı insanlar qısa zamanda hadisəyə müdaxilə edib. Şəxs sakitləşdirilib. Onun içkili olduğu məlum olub. Mehmet çox keçməyib ki, restoranı tərk edib.