ABŞ-ın keçmiş prezidenti Donald Tramp Co Bayden ABŞ lideri seçiləndən sonra İsrailin keçmiş Baş naziri Benjamin Netanyahu ilə əlaqə saxlamadığını bildirib.
"Unikal" xəbər verir ki, Netanyahu Baydeni prezident seçilməsi münasibətilə ilk təbrik edənlərdən biri olub. Buna görə də o, hələ də eks Baş nazirlə əlaqə saxlamadığını deyib.
"İlk təbrik edən Netanyahu oldu, o, hər kəsdən daha çox münasibətdə olduğum, hörmət etdiyim bir adam idi... Benjamin səssiz qala bilərdi. Və o, dəhşətli səhv etdi", - Tramp müsahibəsində deyib.
Siyasətçi bildirib ki, Netahyahuya hələ də hörməti var, lakin o, sadiqliyi də yüksək qiymətləndirir.
Ağarza Elçinoğlu