Kanadanın Kvebek ştatında bir məktəbdə çalışan ibtidai sinif müəllimi hicab taxdığı üçün işdən qovulub.
"Unikal" xəbər verir ki, məktəb rəhbərliyi "Bill-21" qanununa görə başqa seçimlərinin olmadığını bildirib.
Məktəbin 3-cü sinif şagirdlərinin valideynləri məktəbdən göndərilən elektron məktubdan müəllimin daha dərs verməyəcəyini öyrənib. Bəzi valideynlər müəllimə dəstək olmaq üçün məktəb qarşısında onun işdən çıxarılma qərarına etiraz edərək nümayiş təşkil ediblər.
Qeyd edək ki, 21 iyun 2019-cu ildə qüvvəyə minən "Bill-21" qanununa görə, dövlət sektoru işçilərinə iş zamanı hicab, xaç və ya kipa kimi dini simvollar taxmaq qadağan olunub.
Ağarza Elçinoğlu