Türkiyəli məşhur aktrisa Dilan Çiçək Dəniz ötən gecə Boğaziçi körpüsünün ortasında sevgilisi Thor Saevarssondan evlilik təklifi alıb.
"Unikal" xəbər verir ki, körpüdə romantik anlar yaşanarkən, polis qrupları gənc cütlüyə xəbərdarlıq edib. Buna səbəb evlilik təklifi zamanı atəşfəşanlığın keçirilməsi göstərilib.
Hadisədən sonra aktrisa və sevgilisi jurnalistlərin obyektinə tuş gəlib. Dilan "Çox xoşbəxtəm, hələ də şokdayam", - deyərək, jurnalistlərin suallarını cavablandırmadan ərazini tərk edib.
Qeyd edək ki, Dilan Çiçek Deniz bir müddətdir ki, islandiyalı reklam rejissoru Thor Saevarssonla eşq yaşayır.