İordaniyada koronavirusun "omikron" ştammına yoluxma qeydə alınıb.
"Unikal"ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Məlumata əsasən, yeni ştamm Cənubi Afrika Respublikasından gəlmiş iki nəfərdə aşkar edilib. Hazırda hər iki şəxs paytaxt Ammanda mehmanxanaların birində karantinə alınıb. Onların təmasda olduqları şəxslərin müəyyənləşdirilməsi aparılır.
Qeyd edək ki, ilk dəfə noyabrın sonunda Afrikanın cənubunda qeydə alınan "omikron" ştammı bu günədək 60-a yaxın ölkədə aşkar edilib.