Türkiyəli  məşhur aktrisa Serenay Sarıkaya sevgilisi Umut Evirgenin avtomobilində görüntülənib.

"Unikal" xəbər verir ki, bir  müdətdir eşq yaşayan cütlük ilk dəfə birlikdə  jurnalistlərin obyektinə tuş gəlib. Belə ki, Sarıkaya eşq iddiaları ilə bağlı sualları cavablandırmadan avtomobilə oturub.

Qeyd edək ki, Umut Evirgen bir müdət  əvvəl aktrisa ilə eşq yaşadığını açıqlamışdı. Lakin aktrisa bununla bağlı heç bir açıqlama verməyib. Bildirək ki, Serenay Sarıkaya serial çəkilişləri üçün Adanaya köçüb.