İranın Hörmüzqan əyalətində 4.3 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, yeraltı təkanlar əyalətin Qala Qazi bölgəsində yerin 10 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.