“Pakistan Taliban”ı bir aydır davam edən atəşkəsin başa çatdığını elan edib.
"Unikal" xəbər verir ki, Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban”dan müstəqil fəaliyyət göstərən “Pakistan Taliban” Hərəkatı (Tehrik-i-Taliban Pakistan -TTP) İslamabad administrasiyasını atəşkəs şərtlərini pozmaqda ittiham edib.
Ötən ayın 9 noyabrında imzalanan atəşkəs sazişinin birinci mərhələdə dekabrın 9-dək davam etməsi, daha sonra tərəflərin razılığı ilə uzadılması nəzərdə tutulurdu.
TTP hökumətin atəşkəs prosesində söz verdiyi kimi 102 “Taliban” üzvünü azad etmədiyini və ikitərəfli danışıqlar aparmaq üçün nümayəndə heyəti göndərmədiyini iddia edib.
TTP cümə axşamı verdiyi yazılı açıqlamada hökumətin verdiyi vədləri yerinə yetirmədiyini iddia edib.