Xorvatiya 2023-cü il yanvarın 1-dən ölkənin əsas valyutası kimi avrodan istifadəyə keçəcək.
"Unikal" xəbər verir ki, bunu ölkənin maliyyə naziri Zdravko Mariç deyib.
Onun sözlərinə görə, ölkənin avrodan istifadəyə keçidini təmin etmək üçün hökumət, nazirliklər və digər aidiyyəti qurumlar 40-a yaxın qanunu və 70 müxtəlif müvafiq aktları uyğunlaşdırmalıdır.