Türkiyə istehsalı olan lazer silahlı pilotsuz uçuş aparatı "Eren" 500, 300 və 100 metrlik atış sınaqlardan uğurla keçib.
"Unikal" Anadolu” agentliyinə istinadən xəbər verir ki, “Eren” pilotsuz uçuş aparatı lazer silahlarından istifadə edərək partlayıcı elementləri uzaqdan zərərsizləşdirmək qabiliyyətinə malikdir. PUA-nın maksimum uçuş hündürlüyü 3000 metrdir.
“”Eren” dron və lazer silahıdır. Lazer və dronu birləşdirərək dünyada bir ilkə imza atdıq. Havadan atış qabiliyyətini qazandıq. “Eren” tamamilə yerli və milli istehsalımızdır”, - məlumatda bildirilib.