ABŞ Dövlət katibinin Avropa və Asiya üzrə köməkçisi Karen Donfrid 13-15 dekabr tarixlərində Moskva və Kiyevə səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Departamenti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Donfrid Ukrayna və Rusiyaya səfəri zamanı dövlət adamları ilə görüşəcək. Görüşlərdə Rusiyanın hərbi potensialını artırması və Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə münasibətdə ABŞ-ın səylərini artırması müzakirə ediləcək.
Bu görüşlərin ardınca K.Donfrid 15-16 dekabrda NATO və onun Avropadakı tərəfdaşları ilə məsləhətləşmələr aparmaq üçün Brüsselə yola düşəcək.