Prezidenti Vladimir Putin 1990-cı illərdə şəxsi sürücü kimi bəzən əlavə pul qazanmalı olduğunu etiraf edib.
"Unikal" xəbər verir ki, dövlət başçısının sözlərini “Rossiya 24” telekanalı “Müasir tarix” filmindən sitat gətirib.
Həmin illərdə ölkənin ağır iqtisadi vəziyyətini təsvir edən teleaparıcı bir çox ixtisaslı mütəxəssislərin çətinliklə çörək qazandığını qeyd edib.
"Bəzən taksi sürücüsü kimi əlavə pul qazanmalı olurdum. Bu barədə danışmaq xoşagəlməzdir, amma təəssüf ki, bu belə idi", - Putin deyib.
Qeyd edək ki, Vladimir Putin daha əvvəl Andrey Kondraşovun sənədli filmində demişdi ki, Anatoli Sobçak mer seçkilərində məğlub olduqdan, meriyadan işini tərk etdikdən sonra Sankt-Peterburqda taksi sürücüsü kimi pul qazanmağa hazır idi.
Prezident vurğulayıb ki, 1990-cı illərin sonlarında Prezident Administrasiyasından Moskvaya işləmək təklifi alanda, başqa iş olmadığına görə onu qəbul etməyə bilməzdi. (Report)