Türkiyənin "Atv" kanalında yayımlanan "Kalp yarası" serialında növbəti ayrılıq yaşanacaq.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işinə Mahir Günşiray vida edəcək. "Adnan" obrazına həyat verən aktyor 26-cı bölümdə ölərək serialdan uzaqlaşacaq.

Qeyd edək ki, ekran işində baş rolları Yağmur Tanrısevsinlə Gökhan Alkan paylaşır. Serialın reytinqlərdə gerilədiyi üçün final edəcəyi deyilir.