Heydər Əliyev Mərkəzinin loqosu, korporativ rəngi və şüarı müəyyənləşib.

Mərkəzdən verilən məlumata görə, loqo Azərbaycanın keçmişdən gələcəyə doğru baxışlarını, Azərbaycandakı tərəqqini simvolizə edir.

Loqonun rəngi - gümüşü rəng özündə bütün maneələri aşmağı, hədəfə doğru addımları ehtiva edir. Gümüşü rəng liderlik, mübarizə, dinamika, müdriklik, şəffaflıq, inkişaf və innovasiya rəmzidir.

Loqonun xətləri Heydər Əliyev Mərkəzinin binasının anlamı ilə həmahənglik yaradaraq Azərbaycanın regionda liderliyini, beynəlxalq aləmdəki birincilik uğrunda hədəflərini, ölkədəki dinamik inkişafı və aydın sabahı, keçmişin ənənələrini, vətənə, xalqa bağlılığı yaşatmaq kimi dəyərləri ilə gələcəyə addımlarını xarakterizə edir. Heydər Əliyev Mərkəzinin loqosu Mərkəzin üzərinə qoyulmuş vəzifələrin rəmzi təsviri olmaqla, milli və bəşəri dəyərlərin, dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsi şüarını da tərənnüm edir.

Mərkəzin şüarı isə “Gələcəyə dəyərlərlə”dir.
Heydər