ABŞ-ın Kentukki ştatında təbii fəlakət qurbanlarının sayı artıb.
"Unikal" xəbər verir ki, ştatın qubernatoru Endi Beşir qasırğa nəticəsində ştatda azı 80 nəfərin öldüyünü bildirib.
“Aldığım hesabatlara əsasən deyə bilərəm ki, 80-dən çox Kentukki sakinini itirmişik”,-deyə Beşir bəyan edib.
O, bölgədəki tornadoda ölənlərin sayının 100-ü keçəcəyini təxmin edib.