Sinqapurun “Çanqi” hava limanında yüklərin daşınması zamanı 2 şir qəfəslərindən çıxıb.

"Unikal" xəbər verir ki, dərhal əraziyə baytar həkimlər və mütəxəssislər cəlb olunub. Hadisə yerinə gələn baytarlar heyvanlara yuxu dərmanı vurublar. Bundan sonra şirləri yerli “Mandai Wildlife Group” şirkətinin filialına aparıblar.

Sinqapur Hava Yolları cəmi 7 şirin daşındığını bildirsə də, onların hansı ünvana çatdırılacağının dəqiqləşdirilmədiyini bildirib.