Braziliyanın şimal-şərqindəki Bahia ştatı və qonşu Minas-Jerais ştatlarını vuran güclü leysan yağışları nəticəsində azı 7 nəfər ölüb, 175 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə bazar günü UOL portalı xilasetmə xidmətinə istinadən məlumat yayıb .
Bildirilib ki, həftənin ortalarından etibarən bu ştatların sərhəddində ekstratropik siklon tüğyan edir və nəticədə regionda yağıntının səviyyəsi 450 mm-ə çatıb.
Bahia ştatında 25 bələdiyyədə fövqəladə vəziyyət elan edilib ki, onlardan bəzilərində son 35 ilin ən pis daşqınları baş verib.
Daşqınlar bir neçə körpünü, iki çay bəndini dağıdıb, üç magistral yolda hərəkəti bağlayıb.
Xilasedicilərin məlumatına görə, 5,7 minə yaxın insan evsiz qalıb, daha 6,7 min nəfər evlərini tərk etmək məcburiyyətində qalıb.
Təbii fəlakətdən bölgənin 85 mindən çox sakini zərər çəkib.