"Yalan danışırsan, vətəndaş Paşinyan, vəzifədə olduğun bütün illərdə olduğu kimi, yalana üstünlük verirsən".
"Unikal" xəbər verir ki, bu sözləri Nikol Paşinyanın aviasiya üzrə keçmiş müşaviri Akop Çağaryan öz "Facebook" səhifəsində yazıb. Onun sözlərinə görə, Nikolun dövlət qurumları arasında xaos yaradır:
"2019 Aprel ayında mən bir qrup mütəxəssis tərəfindən hazırlanmış Ermənistan Mülki Aviasiya İnkişaf Konsepsiyası təqdim etdim. İstehsalçı, əməliyyat bazarı ilə müqavilə əsasında "Dövlət İnstitut"unun yaradılması konsepsiyası, eləcə də yerli, qismən dövlətə məxsus olan, 8-12 ədəd ən müasir A-220 təyyarəsi olan aviaşirkətin təşkili layihəsi , hər marşrutun hesablanması, investisiya mənbələri, mənfəət və inkişaf proqramları və daha nələr. Paşinyan bunların hər birini müsbət qarşıladı. Amma nəticəsini görə bilmirik. Dövlət qurumlarına ehtiyacınız yoxdur.Sizə xaos lazımdır. Çünki sarı mətbuatla ölkə iqtidarı arasındakı fərqi anlamaq sizin intellektinizin xaricindədir. Siz dövlət qurumlarını qurmağa və ya yerləşdirməyə gəlməmisiniz. Məqsədiniz Dövlət Qurumları yaratmaq deyil, mövcud olanı dağıtmaq və məhv etməkdir”.
Gülayə Mecid