Ötən gün İsraildə 70-ci dəfə keçirilən "Kainat gözəli" yarışmasının finalı baş tutub.
"Unikal" xarici KİV-ə iatinadən xəbər verir ki, gözəllik yarışmasında Hindistan təmsilçisi Harnaaz Sandhu birinci olub.
21 yaşlı Sandhu bu günə qədər yarışmada "Kainat gözəli" seçilən üçüncü hindistanlı olub. İlk Top 5-liyə Filippin və Kolumbiya təmsilçisi də daxil olub.
Dünyanın ən gözəl qızı qadın haqlarının qorunması ilə bağlı tədbirlərin aktiv iştirakçısıdır. O, yoqa, şahmat, rəqslə məşğul olur. Müsabiqədən sonra o, Nyu-Yorka gedəcək və dünyada xeyriyyə tədbirlərinin iştirakçısı olacaq.