Baltik dənizində Danimarkanın Bornholm adası ilə İsveçin Ystad şəhəri arasında iki yük gəmisi toqquşub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qəzaya uğrayan gəmilərdən biri Danimarkaya, digəri isə İngiltərəyə məxsusdur. Xilasetmə əməliyyatı davam edir.
İsveçin TT xəbər agentliyi isə gəmilərdən birinin 90, digərinin isə 55 metr olduğunu bildirib.