Türkiyəli tanınmış aktyor Nejat İşler ötən gecə Asmalımescit səmtində sərxoş halda jurnalistlərin obyektinə tuş gəlib.
"Unikal" haberler.com-a istinadən xəbər verir ki, həmkarı Rıza Kocaoğlu ilə əylənən aktyor məkan çıxışı zamanı onu görüntüləyən müxbirləri təhqir edib.
Onu sakitləşməsi üçün yenidən məkana geri aparıblar. Gecənin sonunda aktyor jurnalistlərin tənqidinə qarşılıq olaraq "Sübut edib məhkəməyə müraciət edin" deyə, cavab verib.
Bildirək ki, Nejat illər əvvəl 3 ay əvvəl reanimasiyada qalmalı olub. Ona spirtli içki qəbulu qəti qadağan edilib.