Rejissor Pedro Almodovarın çəkdiyi "Kika" filmindəki baş rolu ilə tanınan ispan aktrisa Veronika Forke 67 yaşında vəfat edib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, aktrisanın meyiti Madriddəki evində tapılıb.
Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları Forkeni xilas edə bilməyiblər. Aktrisanın intihar etdiyi güman edilir.
Fork üç dəfə "Qoya" mükafatını qazanıb. 1986-cı ildə o, bu mükafatı Fernando Truebanın “Oyanış ili” filmindəki roluna, 1988-ci ildə Fernando Kolomonun "Şən həyat” filmindəki baş rola görə alıb. 1993-cü ildə ispaniyalı aktrisa "Kika" filmində ən yaxşı qadın roluna görə bu mükafatı qazanıb.