Əbülfəz Elçibəyin qardaşı oğlundan Əli Kərimliyə şok ittihamlar
02:06 19-02-2013
CƏMİYYƏT
“Əmimin zəhərlənməsi ilə bağlı Bakı şəhər prokurorluğunda istintaq getdiyi dövrdə, yəni təxminən 2012-ci ilin oktyabr ayının əvvələrində Əli Kərimli atamın yaşadığı evə gələrək, böyük narahatçılıqla atamdan istintaqın dayandırılmasını israrlı şəkildə xahiş etdi”
Əbülfəz Elçibəyin qardaşı oğlu, “Milli İdeya Naminə” Dövlətçiliyə Dəstək İctimai Birliyinin sədri Hürrü Əliyev bu gün mediaya və ictimaiyyətə müraciət ünvanlayıb.
H. Əliyev APA-ya göndərdiyi müraciətində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin əmisi Əbülfəz Elçibəyin zəhərlənməsində iştirak etdiyini iddia edib.
O bildirib ki, əmisinin zəhərlənməs ilə bağlı ona hələ Ə. Elçibəyin ölümündən dərhal sonra bildiriblər: “Azəri-Türk” Qadınlar Cəmiyyətinin Türkiyə təmsilçisi, eyni zamanda Əbülfəz Elçibəylə yaxın münasibətlərdə olmuş Sevgi Erenerolla 2000-ci ilin avqust ayının 22-də əmim Əbülfəz Elçibəyin dəfn mərasimindən sonra evimizdə söhbət edirdik. O, Gülhanə Tibb Akademiyasının həkimləri ilə söhbətlərindən əmim Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı onda şübhələr yarandığını dedi. Hətta Qabil hoca adlı hərbi həkimin əmimin istifadə etdiyi hər hansı bir əşyasının ona gətirilməsini xahiş etdiyini bildirmişdi. Sevgi Erenerol bizdən bunu istəyəndə o, dönəmdə bu məsələyə bir qədər soyuq yanaşıldığı üçün əmimin hən hansı əşyasını əldə edib ona təqdim edə bilmədik. Onu da qeyd etmək istəyirəm ki, Sevgi Erenerolla söhbətlərimizdə o, dəfələrlə Əli Kərimlinin adı gələndə onu «ajan» adlandırmış, hətta əmimin sağlığında özünü Əli Kərimlidən qorunması barədə ona dəfələrlə xəbərdarlıq etdiyini bizə bildirmişdi”.
H. Əliyev qeyd edib ki, həmin dövrdə əmisinin zəhərlənməsi ilə bağlı mətbuatda yazılsa da, buna ciddi əhəmiyyət verməyib: “Lakin əmimin zəhərlənməsi ilə bağlı Bakı şəhər prokurorluğunda istintaq getdiyi dövrdə, yəni təxminən 2012-ci ilin oktyabr ayının əvvələrində Əli Kərimli atamın yaşadığı evə gələrək, böyük narahatçılıqla atamdan istintaqın dayandırılmasını israrlı şəkildə xahiş etdi. Bu, məndə ona olan şübhələri artırdı. Mən bunları istintaqa verdiyim ifadəmdə də göstərmişəm”.
H. Əliyev daha sonra Əbülfəz Elçibəy Kələkidə olarkən, ona Türkiyədən 100 min dollar göndərildiyini, həmin vəsaitin də Əli Kərimli tərəfindən mənimsənildiyini iddia edib: “ Əmim ona şəxsi ehtiyaclarını ödəmək üçün Türkiyədən göndərilmiş 100 000 ABŞ dollarını bütövlükdə Əli Kərimliyə verdi və bunu partiyanın inkişafına, partiya üzvlərinin müəyyən ehtiyaclarının qarşılanmasına sərf etməsini tapşırdı. Amma Əli Kərimli həmin pulu, yəni 100 000 ABŞ dollarını Rusiyada biznes fəaliyyəti ilə məşğul olan yaxınlarına vermişdi”.
H. Əliyev qeyd edib ki, o, Əbülfəz Elçibəyin hakimiyyətdə olduğu illərdə İran xüsusi xidmət orqanlarının yazışmalarının əks oldunduğu arayış əldə edib. Həmin arayışlarda İranın Azərbaycanla bağlı planları əksini tapıb: “O zamankı səfir Nəhavəndiyan müşavirləri ilə keçirdiyi iclasda Azərbaycan rəhbərliyinin qonşu İran dövlətinin böyüklüyünü dərk edərək ona tərəf üz çevirməsi, Türkiyə siyasətinin Azərbaycanda puça çıxması, İranın nüfuzunun artması, bu imkanı əldən verməmək üçün Azərbaycana hümanitar yardım kimi ərzaq və başqa istehlak malları göndərilməsi, Azərbaycan rəhbərliyinin siyasətdə naşı olmasından istifadə edərək bu dövlətə vizasız gediş-gəlişin mümkünlüyünü deyib. Onların planlarına həmçinin Naxçıvan və Lənkəranda İranın baş konsulluqlarının açılması, İran televiziya proqramının birbaşa Azərbaycan televiziya kanallarının birində göstərilməsi, bəzi rayonlarda İranın dini məktəblərinin və mədrəsələrinin açılması, Azərbaycanın ali və orta təhsil ocaqlarında iranlıların təhsil alması, yerli həkimlərin müqavilə əsasında İrana işləməyə göndərilməsi kimi məsələlər də olub. Həmin sənədlərdə göstərilir ki, onlar bu işləri görmək üçün Əli Kərimli və İsa Qəmbərlə işləmək tapşırığı alıblar. Bunu isə Azərbaycanın dövlət katibi Əli Kərimli və Milli Məclisin sədri İsa Qəmbərin prezident Əbülfəz Elçibəydən daha nüfuzlu hesab etmələri ilə əsaslandırırlar. İranlılar bildirirlər ki, bütün siyasi məsəlləri bu iki şəxs həll edir, bu baxımdan həmin iki şəxslə əlaqələrin möhkəmləndirilməsi vacibdir”.
H. Əliyev qeyd edir ki, o, həmin vaxtla bağlı daha bir sənəd əldə edib: “Azərbaycan-İran münasibətlərində siyasi gərginlik yaranarsa, «Naxçıvan» məsələsinin ortaya atılması məzmununda tərtib olunmuş 2 vərəqədən ibarət arayış da aşkar etdim. Həmin sənədlə bir daha təstiq olunurdu ki, Əli Kərimli həmin dövrlərdən başlayaraq əmimi həm ölkə daxilində, həm də ölkədən kənarda nüfuzdan salmağa cəhdlər edib, Bütöv Azərbaycan ideyalarına görə İranın əmim Əbülfəz Elçibəyə qarşı münasibətlərinin birmənalı olmamasından yararlanaraq, hakimiyyət uğrunda apardığı mübarizədə öz məqsədlərinə nail olmaq üçün İran dövlətinin köməkliyindən istifadə edib. İran dövləti isə bunun nəticəsində həmin dövrdə müəyyən məqsədlərinə nail olmaq üçün konkret hərəkətlər edərək müəyyən nailiyyət əldə edib. Mən əldə etdiyim həmin sənədləri də araşdırma aparılması üçün istintaqa təqdim etmişəm”.
Digər Xəbərlər
2024-12-29 12:35:05
2024-12-29 12:33:09
2024-12-29 12:33:05
2024-12-29 12:28:00
2024-12-29 12:26:08
2024-12-29 12:20:01
2024-12-29 12:12:12
2024-12-29 11:48:00
2024-12-29 11:32:57
2024-12-29 11:32:55
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00
2024-12-29 10:51:43
2024-12-29 10:41:35