"O, daha baş nazir olmaq istəmir, prezident olmaq istəyir".
"Unikal" xəbər verir ki, bu barədə “Fakt” gündəlik qəzeti yazıb. Nəşrin məlumatına görə, Paşinyan bununla bağlı qanuni dəyişiliklərin icrasına artıq başlayıb:
“Aydındır ki, konstitusiya dəyişiklikləri və xüsusən də prezident üsul-idarəsinə keçid məsələsi gündəmdədir. Dəfələrlə bildirmişik ki, bu məsələ indiki hakimiyyətin gündəmində qalır. Nikol Paşinyan Konstitusiyaya əlavə və dəyişiklikləri hazırlamaq üçün yeni komissiya yaratmaq qərarına gəlib. Üstəlik, mənbələrimiz bildirir ki, komissiyanın tərkibinin formalaşdırılması məsələsi ilə bağlı təkcə hüquq ictimaiyyəti ilə deyil, həm də sırf iqtidaryönlü siyasi qüvvələrin və ictimai sektorun təmsilçiləri ilə intensiv danışıqlar aparılır. Əldə etdiyimiz məlumata görə, “plan”da 2022-ci ilin sonuna kimi prezident seçkilərinin keçirilməsinin mümkün olması üçün əvvəlki komissiyanın işçi təkliflərindən istifadə etməklə ən qısa zamanda dəyişikliklər layihəsinin olması nəzərdə tutulur. Əslində, qızıl balıq nağılındakı kimi, Paşinyan artıq baş nazir olmaq istəmir, indi də birtərəfli prezident olmaq istəyir”.
Gülayə Mecid