Rusiyalı "jurnalist" Semyon Peqov Moldova xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən Kişinyov hava limanında saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti" Rusiya Dövlət Dumasının deputatı Artyom Turova istinadən məlumat yayıb.
Bildirilib ki, Moskvaya uçmağa hazırlaşan Peqov bir saatdan çox saxlanılıb, onun üzərində axtarış aparılıb, telefonu və noutbuku ətraflı araşdırılıb, daha sonra isə sərbəst buraxılıb.
Qeyd edək ki, Semyon Peqov postsovet məkanında mövcud münaqişə zonalarında cərəyan edən prosesləri təhrif edərək işıqlandıran və müəyyən qüvvələr tərəfindən informasiya müharibəsi aləti kimi istifadə edilən "WarGonzo" layihəsinin yaradıcısıdır.