İngiltərədə cinayətkar dörd il həbs cəzasına məhkum edilsə də, iki gün sonra azadlığa buraxılıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Londondan olan 30 yaşlı Lauras Matyusovas şantaj ittihamı ilə həbs cəzası verilib. Lakin sənədlərin səhv düşməsinə görə, o azadlığa buraxılıb.
Bir neçə gündən sonra polis səhv etdiyini başa düşüb və L. Matyusovası yenidən həbsxanaya qaytarıb.