Amerikanın məşhur "The Washington Times" qəzeti Ukrayna Prezidenti Vladimir Zelenski haqqında dərc etdiyi məqalədə onu korrupsiya, iqtisadiyyata zərbə vuran, enerji maqnatı ilə qarşıdurmaya girən, həmçinin yanlış siyasət aparan rəhbər kimi qələmə verib.
"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Qəzet yazıb ki, Zelenski "narazılıq və inciklik" ucbatından enerji maqnatı Rinat Axmetovla qarşıdurmaya girib:
"Hakimiyyət elektrik stansiyaları üçün kömür ehtiyatı yaratmayıb və ölkədə elektrik enerjisinin verilişində fasilələr yaranır. Əgər Axmetovun DTEK şirkəti tərəfindən həyata keçirilən xaricdən kömür alışı olmasaydı, artıq enerji böhranı baş verəcəkdi".
"Vladimir Zelenski saxta olan ikiüzlü qanunları irəli sürməyə davam edərsə, onun siyasəti lazımi islahatlara mane olacaq. Daha da pisi, o, ölkəni ABŞ və Avropanın müdaxiləsini tələb edən regional münaqişəyə sürükləyə bilər. ABŞ hakimiyyət orqanları buna baş verməmişdən əvvəl diqqət yetirməlidirlər", - deyə Amerika qəzeti ayzıb.
Ağarza Elçinoğlu