Gürcüstanın Tbilisi və digər şəhərlərində həyata keçirilən genişmiqyaslı xüsusi əməliyyatlar zamanı 10 nəfər saxlanılıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, həmin şəxslər “oğru dünyası” ilə əlaqələrdə ittiham olunurlar. Onların arasında keçmiş deputat Teymuraz Jorjolianinin oğlunun da olduğu bildirilir.
Gürcüstanın Daxili İşlər Nazirliyi xüsusi əməliyyatlarla bağlı hələ rəsmi açıqlama yaymayıb.