ABŞ dövlət katibi Entoni Blinken Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına dəstək verdiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, o, bu barədə öz "Twitter" səhifəsində yazıb.
Amerika diplomatiyasının rəhbəri yazıb: “Biz Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun və Ermənistan Xarici İşlər Nazirliyinin normallaşma prosesini müzakirə etmək üçün xüsusi elçilərin təyin edilməsi ilə bağlı bəyanatlarını alqışlayırıq və qətiyyətlə dəstəkləyirik”.