MİT və Türkiyə Silahlı Qüvvələrinin ortaq əməliyyatı nəticəsində İraqın şimalındakı terrorçuların mövqeyinə ağır zərbələr endirilib.

"Unikal"  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“İraqın şimalında "Pəncə Şimşək" əməliyyat bölgəsində 2 PKK/KCK, Qara bölgəsində isə 6 PKK/KCK terrorçusu zərərsizləşdirilib", - məlumatda bildirilir.