İranda ötən sutka ərzində 2 651 nəfər koronavirusa (COVID-19) yoluxub, 52 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 130 883 nəfərə, yoluxanların sayı isə 6 162 954 nəfərə çatıb. Virus daşıyıcılarından 3 004 nəfərin vəziyyəti ağır qiymətləndirilir.