NATO-nun baş katibi Yens Stoltenberq Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı Sammitində iştirak etmək üçün Brüsseldə səfərdə olan Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuat konfransı keçirib.
"Unikal" xəbər verir ki, konfransda Yens Stoltenberq Rusiyaya qarşı gərginliyi artırmamaq üçün Gürcüstanla razılaşdıqlarını bildirib. Həmçinin NATO-nun baş katibi Qara dənizdə Rusiyanın sabitliyi pozan fəaliyyəti müzakirə etdiklərini dilə gətirərək:
"Rusiyaya qarşı ayıq-sayıq qalmaq və gərginliyi artırmamaq üçün Gürcüstanla razılaşdıq. Amma hər hansı bir gərginlik Rusiya üçün baha-başa gələcək. Bunun həm iqtisadi, həm də siyasi nəticələri Rusiya üçün yaxşı olmaya bilər", - deyə ifadə edib.
Gülayə Mecid