Ermənistanın keçmiş müdafiə naziri, “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan prokurorluğa çağırılıb.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Bildirilir ki, Ohanyan özü bu faktı təsdiq edib.
Ohanyan ona qarşı başladılan cinayət işi çərçivəsində çağırıldığını və ilkin istintaq əməliyyatları davam etdiyindən detallar barədə məlumat verə bilmədiyini bildirib.