NASA-ya aid "Parker Solar Probe" zondu ilk dəfə olaraq Günəşin atmosferinə yaxınlaşıb.
"Unikal" xəbər verir ki, bu barədə NASA məlumat yayıb.
“Parker Solar Probe” Günəşin “tac”ı hesab olunan atmosferinin yuxarı hissəsindən keçərək oradakı hissəciklərdən nümunələr götürüb və maqnit sahələrini ölçüb.
Qeyd edək ki, “Parker Solar Probe” zondu 3 il bundan əvvəl buraxılıb və 1370 dərəcə istiliyə davam gətirə bilir.