Rusiya Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski koronavirusa qarşı yeddinci dəfə peyvənd olunub.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı Jirinovski öz teleqram kanalında paylaşıb.

Onun sözlərinə görə, əvəllər “Sputnik V”, indi isə “KoviVak” ilə peyvənd olunub. O əlavə edib ki, 2020-ci ilin sentyabrından bu yana artıq yeddinci dəfədir ki, koronavirusa qarşı peyvənd olunur.