ABŞ-da heyvanlara koronavirusdan qorumaq üçün xüsusi vaksin vurulacaq. Peyvənddən ölkədəki zooparklarda istifadə etməyə başlayıblar.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, peyvənd ilk olaraq nəsli tükənməkdə olan heyvanları qorumaq üçün təcili istifadə icazəsi alıb.
ABŞ-ın Arizona ştatındakı Phoenix zooparkının baytarları ziyarətçilərlə yaxın təmasda olan 75 heyvana xüsusi koronavirus peyvəndinin ilk dozasını tətbiq ediblər.
Peyvənd Nyu-Cersidə yerləşən və beynəlxalq heyvan sağlamlığı şirkəti "Zoetis" tərəfindən xüsusi olaraq heyvanlar üçün hazırlanıb. /medicina.az