Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 193 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 19 872 nəfər COVID-19 infeksiyasına yoluxub, 25 239 nəfər isə sağalıb.