Dünyanın müxtəlif ölkələrində "Facebook" sosial şəbəkəsinin işində nasazlıq yaranıb.

"Unikal" xəbər verir ki, bu barədə məşhur internet resurslarının işində problemləri izləyən “Downdetector” saytı məlumat yayıb.

Problemlərdən əsasən ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, Kanada, İtaliya və digər ölkələrdən olan sosial şəbəkə istifadəçiləri şikayətlənir. İstifadəçilər əsasən öz hesablarına daxil olmaqda, həmçinin veb-saytın və sosial şəbəkə tətbiqinin işində problemlərlə üzləşiblər.