İrəvanda Mərkəzi Seçki Komissiyasının binası qarşısında gecə saatlarında prezident seçkilərinin səsverməsinin nəticələrinin saxtalaşdırılmasının əleyhinə etiraz aksiyası başlayıb. Bu barədə APA «Armİnfo»ya istinadən məlumat verir. Aksiya iştirakçıları etirazın müddətsiz olduğunu və tələbləri yerinə yetirilənədək meydandan getməyəcəklərini bəyan ediblər.
Xatırladaq ki, Ermənistan Mərkəzi Seçki Komissiyası prezident seçkilərində təşkil olunmuş 1988 seçki məntəqəsinin hamısından gələn nəticələrin sayıldığını bildirib. Alınan nəticələrə görə, hazırkı prezident Serj Sərkisyana seçicilərin 861 min 167 nəfəri, yəni 58,64%-i səs verib. Beləliklə Sərkisyan seçkilərdə qalib gəlib.
İkinci yerdəki Raffi Ovanisyanın 36,75% səsi var. Lakin gecə saatlarında tərəfdarları qarşısında etdiyi çıxışında R.Ovanisyan seçkilərdə qalib gəldiyini bəyan edib.
Digər namizədlərdən Qrant Baqratyan da seçkilərin saxtalaşdırıldığını iddia edib.
Digər Xəbərlər
2024-12-28 10:11:10
2024-12-28 09:46:56
2024-12-28 09:09:26
2024-12-28 08:43:00
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57