Venesiya Komissiyası bu ilin son iclasını keçirib.
"Unikal" xəbər verir ki, epidemioloji vəziyyət nəzərə alınaraq tədbir hibrid formada keçirilib.
İclasda Albaniya, Kipr, Macarıstan və Ukrayna ilə bağlı rəylər edilib.
Sessiya zamanı Komissiyanın prezidenti də dəyişib. Quruma 2009-cu ildən rəhbərlik edən Cianni Bukkikionu Kler Bazi Malori əvəz edib. Fransa Konstitusiya Şurasının üzvü olan Bazi Malorinin mandatı 2023-cü ildə başa çatacaq.