Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3123 yoluxma halı qeydə alınıb, 39 nəfər ölüb.
"Unikal"ın xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 901 202, ölənlərin sayı isə 12 918 nəfərə çatıb. Virusa yoluxanlardan 849 090 nəfərin sağaldığı bildirilib.