Avropa İttifaqına (Aİ) və Şərq Tərəfdaşlığına üzv ölkələrin liderləri Brüsseldə altıncı Şərq Tərəfdaşlığı sammiti üçün bir araya gəlib.
"Unikal" xəbər verir ki, sammit Avropa Şurasının prezidenti Şarl Mişelin sədrliyi ilə keçirilib.
Sammitdə bir sıra məsələlər müzakirə olunub. Bununla yanaşı, Mişel Rusiya-Ukrayna münasibətini müzakirə edib.
Belə ki, Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə ona çox sərt cavab veriləcəyini deyən Şarl Mişel “NATO, G7, ABŞ, Böyük Britaniya, Aİ və Şərq Tərəfdaşlığı ölkələri olaraq Rusiyanın təhdidlərinə qarşı birlikdəyik. Ukraynaya qarşı hərbi hücum olarsa, bu, çox sərt cavab olacaq və bu hücumun səbəbkarı çox ağır bədəl ödəyəcək", -deyə xəbərdarlıq edib.
Qeyd edək ki, Belçikanın paytaxtı Brüsseldə Aİ Şurasının binasında keçirilən sammitdə şərq tərəfdaşları Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova Respublikası və Ukrayna iştirak edib. Belarus Şərq Tərəfdaşlığında iştirakını dayandırdığı üçün görüşlərdə iştirak etməyib.
Gülayə Mecid