Ermənistanda son sutkada daha 180 nəfərdə COVID-19 aşkarlanıb.

"Unikal" xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 343 157-yə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 18 nəfər artaraq 7 874-ə yüksəlib.