TV8 ekranlarının məşhur yarışma proqramı olan “O Ses Türkiye”nin Yeni il gecəsi xüsusi proqramında səhnəyə çıxacaq adlar bəlli olmağa başlayıb.

"Unikal" xəbər verir ki, dekabrın 31-də yayımlanacaq bölümdə Mesut Özil, Müge Anlı və Eda Ece kimi adlar proqramın qonağı olacaq.  Digər tərəfdən proqramın xüsusi hissəsində, "Aşk Mantık İntikam" serialının ulduzları Burcu Özberk və İlhan Şen, "Sadakatsız"ın Derin Melis Sezen, "Yargı"nın baş rol ifaçıları Pınar Deniz və Kaan Urgancıoğlunun da səhnəyə çıxacağı gözlənilir. 

Qeyd edək ki, münsiflər heyətinin üzvləri Ebru Gündeş, Beyazıt Öztürk, Murat Boz və Oğuzhan Koçdur.

Gülayə Mecid