“Yerasx yaxınlığında bir neçə yüz metr dəmir yolunun təmir problemi var. Mehri sektorunda da dəmir yolunun bərpasına bir qədər böyük sərmayə qoymaq lazımdır ki, bu da kifayət qədər baha başa gəlir".
"Unikal" xəbər verir ki, bu sözləri Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan jurnalistlərə açıqlamasında deyib.
O, dəmir yolllarının bərpası üçün külli miqdarda vəsaitin lazım olduğunu dilə gətirib.
“Hazırda bizim dəqiq layihəmiz, təxmini qiymətləndirməmiz yoxdur. Amma hesab edirəm ki, investisiya 200 milyon dollara qədər ola bilər. Sərhəddən Horadizə qədər ən böyük sərmayə Azərbaycan ərazisində dəmir yolunun çəkilməsidir. Həmin sektorun yenidən açılması üçün 1 milyard dollardan çox vəsait tələb olunacaq", - deyə Vahan Kerobyan bildirib.
Gülayə Mecid